09 Yanvar 2025, Cümə axşamı

Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla görüşmüşdür.

Naxçıvana səfərindən məmnun olduğunu bildirən səfir ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının əhəmiyyətini qeyd etmiş, mövcud əlaqələrin daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirmişdir.

Ali Məclisin Sədri Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səylərinə görə səfirə təşəkkür etmiş, son dövrlər ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanmasını və birgə hərbi təlimlərin keçirilməsini, eləcə də Türkiyənin “G 20”-nin zirvə toplantısına Azərbaycanı dəvət etməsini hər iki ölkənin tarixi əlaqələrinin davamı kimi dəyərləndirmişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri qardaş ölkədə törədilmiş terror aktlarının muxtar respublikada da narahatçılıqla qarşılandığını bildirmişdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR