Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfərə gedib.
Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə Bayraq Meydanının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının, Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının inzibati binasının açılışlarında iştirak edib, əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının, Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışlarında da iştirak edib.
AZƏRTAC