Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Respublikasına rəsmi səfərə gəlmişdir. Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vuyanoviç qarşıladı.
* * *
Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Villa Qoritsa” Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşmüşdür.
* * *
Monteneqro Respublikasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşmüşdür.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də bu ölkədə Azərbaycan tərəfindən həyata keçiriləcək layihələrlə tanış olmuşdur.
* * *
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin Çetinye şəhərindəki Prezident İqamətgahında təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi.
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
AzərTAc