05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı səfir İnayat Ullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Pakistan Prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını yüksək qiymətləndirən Prezident İlham Əliyev onunla görüşü zamanı ikitərəfli münasibətlərimizlə bağlı məsələlər ətrafında apardıqları müzakirələri məmnunluqla xatırladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirməyin önəmini vurğuladı. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə İnayat Ullah Kakara təşəkkürünü bildirdi.
Səfir İnayat Ullah Kakar ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR