Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu.
İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.
AzərTAc