08 Yanvar 2025, Çərşənbə

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikamıza yeni təyin olunmuş Baş konsulu Nihat Ərşən ilə görüşmüşdür.
Ali Məclisin Sədri Nihat Ərşəni muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, Naxçıvanın qardaş ölkələr olan Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün əhəmiyyətini diqqətə çatdırmışdır. Ölkələrimiz arasındakı münasibətlərin inkişafına diqqəti çəkən Ali Məclisin Sədri qədim türk torpağı olan Naxçıvanın dünyada tanıdılmasında birgə fəaliyyətin vacibliyini vurğulamışdır.
Ali Məclisin Sədri zəngin diplomatik təcrübəyə malik olan Baş konsulun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi görüşə görə minnətdarlıq edən Nihat Ərşən dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında çalışmaqdan məmnunluğunu bildirmişdir. Baş konsul diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafı sahəsində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Söhbət zamanı əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR