Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə keçirilən konfransa seçilmiş 350 nümayəndədən 349-u iştirak etdiyindən konfrans öz işinə başlamağa səlahiyyətli hesab edilmişdir.
Konfransın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:
1. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin məruzəsi.
2. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti haqqında hesabat.
3. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin seçilməsi.
4. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının seçilməsi.
Konfransın reqlamenti müəyyənləşdirilmişdir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konfransda məruzə etmişdir.
(Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur).
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti barədə hesabat verərək demişdir ki, hesabat dövründə fəaliyyətin əsas qayəsini partiyanın V Qurultayında partiya Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqində irəli sürülmüş müddəaların, partiyanın Proqram prinsiplərinin, Qurultayın qəbul etdiyi qərarların, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının IV Konfransının tövsiyə, tapşırıq və qərarlarının yerinə yetirilməsi təşkil etmişdir. Əgər IV konfransda üzvlərimizin sayı 42940 nəfər olmuşdursa, hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı öz ətrafında 51 mindən çox siyasi həmfikri birləşdirir. Üzvlərimiz bütün yaşayış məntəqələri üzrə 797 ərazi ilk partiya təşkilatında birləşmişlər. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin siyasi kursuna uyğun olaraq uğurla aparılan demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, sosial-iqtisadi inkişaf və dövlət quruculuğu siyasəti partiya işinin əsas ideoloji hədəfi olmuşdur.
Hesabat məruzəsi ətrafında çıxışlar olmuşdur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov demişdir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sıralarında hal-hazırda 22 min nəfərə yaxın gənc birləşib. Dördüncü konfransdan ötən müddət ərzində Heydər Əliyev adına Gənclər Birliyi özünün şəhər və rayon təşkilatlarını formalaşdırmış, siyasi cəhətdən savadlı, intellektli gənclərin vahid ideya ətrafında birləşməsinə nail olunmuşdur. Gənclərdə Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunun aşılanması məqsədilə aid qurumlarla birlikdə fəaliyyət planı tərtib edilmiş və icrasına nail olunmuşdur.
Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva demişdir ki, muxtar respublikada yaşayan qadınlar öz bilik və bacarıqlarını reallaşdırmaq sahəsində bütün imkanlara malikdirlər. Müxtəlif peşə sahələrində qadınların sayı artmaqdadır. Qadınlarımız istər icra, istər qanunvericilik, istərsə də məhkəmə hakimiyyəti orqanlarında geniş təmsil olunur, yüksək və məsul vəzifələrə irəli çəkilirlər. Bu gün seçkili orqanlarda da qadınlar xüsusilə fərqlənirlər. Belə ki, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının üzvü olan 375 qadın səs toplayaraq muxtar respublikanın yerli özünüidarəetmə orqanlarında təmsil olunmuşlar ki, bunlardan da 8-i bələdiyyə sədri, 2-si bələdiyyə sədrinin müavini vəzifəsində çalışır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 6-sı qadındır.
Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov bildirmişdir ki, 1992-ci il noyabrın 21-də təsis olunan ərazi ilk təşkilatında 11 nəfərdən ibarət idarə heyəti və Heydər Əliyev adına Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatı fəaliyyət göstərir. Ötən müddət ərzində aparılan siyasi-ideoloji iş universitet şəhərciyi ərazi ilk təşkilatının sıralarını daha da genişləndirmişdir. Təkcə son tədris ilində 220-yə yaxın gəncin ilk təşkilatda partiya üzvlüyünə ərizə ilə müraciət etməsi deyilənlərin aydın təzahürüdür.
Gündəlikdə duran üçüncü məsələnin müzakirəsində konfrans nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir: “Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası son 20 ildə əsrlərə bərabər inkişaf yolu keçmiş, bütün sahələrdə nailiyyətlər əldə etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs muxtar respublikada Ali Məclisin Sədri tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası heç vaxt indiki qədər güclü iqtisadiyyata, yüksək inkişaf səviyyəsinə malik olmamışdır. Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq işlərinin, iqtisadiyyatda, mədəni həyatda, insanların güzəranında baş verən dəyişikliklərin kökündə bir tərəfdən Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, ikinci tərəfdən isə qətiyyətli mövqe, düzgün idarəetmə dayanır. Ulu öndərimizin müəyyən etdiyi siyasi xəttə sədaqət, aydın siyasi mövqe, yorulmaz fəaliyyətdən ibarət olan inkişafın Naxçıvan modeli muxtar respublikanın tərəqqisinin əsasını təşkil edir”.
İsmayıl Hacıyev bütün bunlara görə Vasif Yusif oğlu Talıbovun yenidən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri seçilməsini təklif etmişdir.
Verilən təklifi dəstəkləyən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli qeyd etmişdir ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsilə də xüsusi diqqət göstərilir. Təkcə Naxçıvan şəhərində deyil, ən ucqar dağ kəndlərində belə, müasir məktəb binaları tikilir, onların maddi-texniki bazaları gücləndirilir, yeni informasiya texnologiyaları tətbiq olunur. Əgər 1995-1996-cı tədris ilində ali məktəblərə qəbulda muxtar respublika üzrə 5 nəfər 500-700 intervalında nəticə göstərmişdirsə, 2014-cü ildə 347 abituriyent yüksək nəticə göstərmişdir. Bütün bunlar göstərir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən quruculuq xətti muxtar respublikada böyük əzmkarlıqla həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva da partiya üzvü olan yaradıcı ziyalılar adından Vasif Talıbovun Yeni Azərbaycan Partiyası Muxtar Respublika Təşkilatının Sədri seçilməsi barədə təklifi dəstəkləmiş və çıxış edərək demişdir ki, intibah dövrünü yaşayan Naxçıvanda mədəniyyət və incəsənət sahəsi də hərtərəfli inkişaf edir. Xalqımızın min illər boyu yaratdığı milli dəyərlərimizin qorunması, milli sənət nümunələrimizin, xalq musiqimizin yaşadılması və inkişaf etdirilməsi muxtar respublikada mədəniyyət və incəsənət sahəsində aparılan siyasətin əsas istiqamətlərindən biridir. Ötən müddət ərzində rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüş, bu sahədə ciddi dönüşə nail olunmuşdur. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, eləcə də muxtar respublikada fəaliyyət göstərən digər yaradıcılıq təşkilatları üçün müasir iş şəraiti yaradılmış, onların fəaliyyəti hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Bütün bunlar isə muxtar respublika rəhbərinin ötən dövr ərzində həyata keçirdiyi məqsədyönlü və qətiyyətli fəaliyyət nəticəsində mümkün olmuşdur.
Çıxışlardan sonra təklif səsə qoyulmuş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri seçilmişdir.
Ali Məclisin Sədri yenidən etimad göstərib onu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri seçdiklərinə görə konfrans nümayəndələrinə minnətdarlığını bildirmişdir.
Sonra gündəlikdə duran dördüncü məsələ müzakirə olunmuş, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 36 nəfərdən ibarət Siyasi Şurası aşağıdakı tərkibdə seçilmişdir:
1. Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2. Azər Zeynalov – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini
3. Mirhəşim Seyidov – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini
4. Anar İbrahimov – Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
5. Elman Cəfərli – Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri – aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
6. Əmir Babayev – Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri – aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
7. İsa Məmmədov – Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri – aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
8. Qürbət Rzayev – Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri – aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
9. Qadir İbrahimov – Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri – aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
10. Rizvan Məmmədov – Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri – aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
11. Fazil Abbasov – Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri – aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
12. Arif Qasımov – Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri – aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
13. İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
14. Fəxrəddin Səfərli – AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
15. Vüqar Səfərov – Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı
16. Elşad Əliyev – Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri
17. Bəxtiyar İsmayılov – Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
18. Nazim Məmmədov – Naxçıvan “Balıqçılıq Təsərrüfatı” ASC-nin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
19. İlhamə Mustafayeva – Naxçıvan Tibb Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
20. Cavid Səfərov – Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri
21. Seymur Talıbov – Naxçıvan Dövlət Universitetinin müəllimi
22. Azad Cabbarov – Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
23. Yazgül Rzayeva – Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının şöbə müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
24. Ülviyyə Həmzəyeva – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
25. Namiq Məmmədov – Heydər Əliyev adına tam orta məktəbin direktoru
26. Saleh Məhərrəmov – Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü
27. Aidə Allahverdiyeva – Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
28. Kamal Camalov – Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
29. Məmməd Babayev – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru
30. Məcid Seyidov – Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini
31. Əli Həsənov – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri
32. Müslüm Cabbarzadə – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müşaviri
33. Oruc Həsənli – Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
34. Sahil Tahirli – Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri
35. Əşrəf Nəcəfov – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının şöbə müdiri
36. Eldar Zeynalov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Siyasi şuranın ilk iclası keçirilmişdir. İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 11 nəfərdən ibarət İdarə Heyəti seçilmişdir:
1. Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2. Azər Zeynalov – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini
3. Anar İbrahimov – Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
4. Saleh Məhərrəmov – Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü
5. Vüqar Səfərov – Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı
6. Elşad Əliyev – Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri
7. Bəxtiyar İsmayılov – Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
8. Yazgül Rzayeva – Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının şöbə müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
9. Azad Cabbarov – Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
10. Ülviyyə Həmzəyeva – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
11. Məmməd Babayev – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini, Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri vəzifələrinə seçilmişlər.
Ali Məclisin Sədri hesabat dövrü ərzində birgə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərinə, partiyanın təəssübkeşlərinə, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik xəttinə sədaqət göstərənlərin hamısına bir daha təşəkkürünü bildirmiş, konfransı bağlı elan etmişdir.
Dövlət Himni səslənmişdir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gələrək gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmiş, xatirə şəkli çəkdirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti