Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib.
Nassar Al-Habaşneh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
İordaniyalı diplomat ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
AzərTAc