08 Yanvar 2025, Çərşənbə

Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.
Prezident İlham Əliyevə yeni qəsəbə barədə məlumat verildi. Qəsəbə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. Bu qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan ölkənin müxtəlif ərazilərində, o cümlədən Gəncə şəhərində və Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaq.
Prezident İlham Əliyev 50 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb.
Dövlətimizin başçısı Xocalı rayon Kosalar kənd tam orta məktəbində oldu. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var.
Prezident İlham Əliyev yeni qəsəbədəki mənzillərdə yaradılan şəraitlə də tanış oldu.
Dövlətimizin başçısı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitdən razılığını bildirdi.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR