08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada əkinçiliyin inkişafına da öz təsirini göstərmişdir. Son illər dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən torpaq mülkiyyətçilərinə maliyyə və texniki dəstəyin göstərilməsi kənd təsərrüfatı məhsullarının istehsalını xeyli artırmışdır. Əsas strateji məhsul hesab olunan taxıl əkininin genişləndirilməsi, əhalinin çörək və un məmulatlarına olan tələbatının ödənilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının taxıl sahəsinə gəlmiş, taxıl əkininin gedişi ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev payızlıq taxıl əkininin gedişi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, artıq bir neçə gündür, muxtar respublikada payızlıq taxıl əkini həyata keçirilir. Bu günədək 10 min hektar sahədə şum aparılmışdır. Şum aparılan ərazinin 5600 hektarında buğda, 1400 hektarında isə arpa əkilmişdir. Taxıl əkini şırım üsulu ilə aparılır və hər hektara 180 kiloqram olmaqla buğda toxumu əkilir. Şırım üsulunun tətbiqi məhsuldarlığı yüksəldir, suvarma suyundan qənaətlə istifadəyə və torpaqların şoranlaşmasının qarşısının alınmasına imkan yaradır.
Bildirilmişdir ki, “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün ayrılan sahə 2 min hektardır. Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı “Quality” toxum sortundan istifadə olunur. Əkinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikaları cəlb olunmuşdur. Texnikanın gücündən səmərəli istifadə olunması səpin işlərinin optimal müddətdə başa çatdırılmasına imkan verəcəkdir.
Ərazinin su təminatı Araz çayından qidalanan “Azərbaycan” nasos stansiyası vasitəsilə ödənilir. Bu məqsədlə nasos stansiyasından təzyiqli boru xətti çəkilmiş, supaylayıcı hovuz tikilmişdir. Supaylayıcı hovuzdan su öz axımı ilə əkin sahələrinə verilir. Bu il supaylayıcı hovuzdan 3 min metr uzunluğunda özüaxımlı boru xətti çəkilmiş, boru xəttinin üzərində 6 suburaxıcı qoyulmuşdur. Yeni çəkilən boru xəttinin su sərfi saniyədə 800 litrdir.
Ali Məclisin Sədri gələcəkdə əkin sahələrində qapalı suvarma şəbəkəsinin qurulması, payızlıq taxıl əkininin vaxtında başa çatdırılması, yaz əkin mövsümündə “Bərəkət” Toxumçuluq Təsərrüfatının sahələrində arpa əkilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR