08 Yanvar 2025, Çərşənbə

Son illər Şərur rayonunda yaradılan müasir idman infrastrukturu gənclərin idmana olan marağını xeyli artırmışdır. Ayrı-ayrı idman növlərinin inkişafı üçün görülən bu işlər idmanın kütləviliyinə nail olunmasına və fiziki cəhətdən sağlam gəncliyin yetişdirilməsinə hesablanmışdır.
Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərindəki Əl Topu Oyunları İdman Meydançasında yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, meydançanın uzunluğu 42, eni isə 31 metrdir. 292 tamaşaçı tutumu olan meydançada müxtəlif səviyyəli idman yarışlarının keçirilməsi üçün hər cür şərait vardır. Gənclər burada günün istənilən saatında idmanla məşğul ola biləcəklər.
Ali Məclisin Sədri gənclərin idmana cəlb edilməsinin vacibliyini vurğulamış, rayon təşkilatları və ümumtəhsil məktəbləri arasında müxtəlif idman yarışlarının keçirilməsi barədə tapşırıqlar vermişdir.

* * *

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində aparılan quruculuq işləri ilə də maraqlanmışdır.
Məlumat verilmişdir ki, hazırda Şərur şəhərinin Heydər Əliyev prospektində yerləşən 50 nömrəli ictimai yaşayış binası yenidən qurulur. Üç mərtəbədən ibarət olan binada 24 mənzil vardır. Binanın qapı və pəncərələri dəyişdirilmiş, kommunikasiya sistemləri tamamilə yenilənmişdir. Hazırda binanın fasadında və həyətində də yenidənqurma işləri aparılır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR