Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Macarıstana işgüzar səfərə gedib.
* * *
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüşdə çıxış edən Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirdi, ölkənin parlamentində və ümumiyyətlə, siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğuladı.
Sonra Prezident İlham Əliyev çıxış etdi.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
* * *
Noyabrın 11-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Macarıstanın Baş naziri Viktor Orban və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.
AzərTAc