02 Yanvar 2025, Cümə axşamı

Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonu son 17 ildə böyük inkişaf yolu keçmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, tikilən yeni sosial obyektlər əhalinin sosial-rifah halını yüksəltmiş, onların bu yurd yerinə bağlılıqlarını artırmış, Sədərək alınmaz qalaya çevrilmişdir. Heydər Əliyev quruculuq və inkişaf xətti rayonun simasını əsaslı şəkildə dəyişmiş, rayon mərkəzi olan Heydərabad qəsəbəsi ilə yanaşı, kəndlər də müasir görkəm almışdır.
Noyabrın 30-da Sədərək kəndində yeni kənd mərkəzi, uşaq bağçası, Ticarət, xidmət mərkəzi və bazar kompleksi istifadəyə verilmişdir.

Kənd mərkəzi üçün yeni bina tikilmişdir

Sədərək Kənd Mərkəzinin yeni binasının açılışı münasibətilə keçirilən tədbirdə çıxış edən inzibati ərazi dairəsi üzrə nümayəndə Şərəfəddin Şükürov bildirmişdir ki, son illər rayonun sürətli sosial-iqtisadi inkişafı Sədərək kəndini də

əhatə etmişdir. Kənddə təbii qaz və elektrik enerjisi fasiləsiz verilir, yeni su və kanalizasiya sistemləri çəkilir. Bundan başqa, sakinlərin torpaqdan səmərəli istifadə etməsi üçün hərtərəfli şərait yaradılmış, torpaqların suvarılması təmin edilmişdir. Təkcə 2012-ci ildə kənd sakinlərinə əkin işləri aparmaq üçün 381 min 500 manat kredit verilmişdir. Kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi və yaradılan şərait əhalinin torpağa bağlılığını, qurub-yaratmaq əzmini artırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali      Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Sədərək kəndində istifadəyə verilən yeni sosial obyektlər münasibətilə sakinləri təbrik edərək demişdir: “Son illər sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunda genişmiqyaslı quruculuq işləri aparılmış, rayon hərtərəfli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Nəticədə, Sədərək rayonu öz simasını tamamilə dəyişmiş, rayonda fəaliyyət göstərən dövlət qurumlarının və xidmət təşkilatlarının fəaliyyəti yaxşılaşdırılmış, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə hərtərəfli şərait yaradılmışdır. İstifadəyə verilən yeni sosial obyektlərdə və xidmət sahələrində də sakinlərə nümunəvi xidmət göstərilməsi üçün lazımi şərait vardır”.

Ali Məclisin Sədri demişdir: “Sərhəd rayonu olan Sədərəkdə həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan tikinti-quruculuq işləri, istifadəyə verilən sosial obyektlər göstərilən dövlət qayğısının ifadəsidir. Bu eyni zamanda iqtisadi gücün və ölkəmizdə mövcud olan sağlam siyasi iradənin nəticəsidir. Dövlət qayğısı, iqtisadi inkişaf və siyasi iradənin vəhdəti ölkəmizin, eləcə də Sədərək rayonunun inkişafında başlıca amildir”.

Ali Məclisin Sədri demişdir ki, bu gün Sədərək kəndində 8347 nəfər əhali yaşayır. Onlardan 1560-ı dövlətdən təqaüd, müavinət və əməkhaqqı alır. Bununla yanaşı, kənddə əkinçiliyin inkişafı da diqqət mərkəzində saxlanılır, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər verilir, fərdi təsərrüfat sahələri genişləndirilir. İstehsal olunan məhsullar sərfəli qiymətlərlə satışa çıxarılır, tələbatdan artıq məhsullar dövlət tərəfindən alınır. Bütün bunlar isə rayonda əhalinin sosial-rifah halının yüksəlməsinə və firavan həyat şəraitinin təmin edilməsinə imkan     verir.

   Ali Məclisin Sədri rayonun inkişafında əməyi olanlara təşəkkür etmiş, kənd mərkəzinin açılışını bildirən lenti kəsmişdir.

      Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 75 yerlik tədbirlər zalı yerləşir.

    Mərkəzdəki rabitə evi üçün ayrıca iş otağı ayrılmış, poçt bölməsi yaradılmış, faks aparatı və kompyuter qoyulmuşdur. Poçt bölməsində məktub, faks və teleqramların qəbulu və göndərişi, gündəlik qəzetlərin, danışıq və internet kartlarının satışı təşkil olunmuşdur. Burada əhaliyə bank xidməti də göstərilir.

Sədərək Kənd Mərkəzindəki kitabxanada 1564 kitab vardır. Mərkəzdə baytarlıq məntəqəsi üçün də normal iş şəraiti yaradılmış, dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuşdur.

    Binanın istiliklə təmin olunması üçün fərdi qazanxana qurulmuş, həyətdə abadlıq işləri aparılmış, binanın qarşısındakı yola asfalt örtük salınmışdır.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR