08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomu parıltılı kağızdan hazırlanır və eni 11 sm, uzunluğu isə 16 sm olan dörd səhifədən ibarətdir (təsvir əlavə olunur).
Diplomun birinci səhifəsində Dövlət gerbi təsvir edilir, Dövlət gerbinin yuxarısında “Azərbaycan Respublikası”, aşağısında isə “Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomu” sözləri yazılır.
İkinci səhifədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının tarixi, nömrəsi və mükafata layiq görülmüş əsərin (işin) müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı verilir.

Üçüncü səhifədə mükafata layiq görülmüş əsərin (işin) adı və mükafatın verilməsi barədə müvafiq mətn verilir.
Dördüncü səhifədə diplomun nömrəsi, qalibin soyadı, adı, atasının adı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin adı və soyadı göstərilir.
Diplom Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanır.
Diplom qalibə tünd-qırmızı rəngli dəri cildlikdə təqdim olunur.
Cildliyin üz hissəsində qızılı rəngdə Dövlət gerbi təsvir edilir, Dövlət gerbinin yuxarısında “Azərbaycan Respublikası”, aşağısında isə “Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomu” sözləri yazılır.

 

Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomunun cildliyinin üz hissəsi

 

Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomunun birinci və ikinci səhifələri

 

Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomunun üçüncü və dördüncü səhifələri

 

 

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR