08 Yanvar 2025, Çərşənbə

Davamlı inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında dinamik yüksəlişə nail olunmuşdur. Sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla icra edilməsi makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına, sahibkarlığın və özəl sektorun inkişafına, investisiya qoyuluşlarının artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, sosial infrastruktur təminatının güclənməsinə, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yüksəlməsinə təkan vermişdir.
Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində muxtar respublika iqtisadiyyatı inkişafın yeni mərhələsinə yüksəlmişdir. Ötən 10 il ərzində Ümumi Daxili Məhsul 13,9 dəfə, sənaye 49 dəfə, kənd təsərrüfatı 4,7 dəfə, investisiyalar 16,4 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, orta aylıq əməkhaqqı 9,8 dəfə artmış, 58 mindən çox yeni iş yeri yaradılmışdır.

Muxtar respublikada formalaşmış əlverişli iqtisadi mühit, əldə edilmiş yüksək inkişaf göstəriciləri proqram-məqsədli idarəetmənin səmərəliliyini təsdiq edir və sosial-iqtisadi inkişaf sahəsində başlanmış tədbirlərin yeni mərhələdə davam etdirilməsi zərurətini yaradır.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikada növbəti mərhələdə iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrası barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 sentyabr 2014-cü il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR