07 Yanvar 2025, Çərşənbə axşamı

İyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirildi, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edildi. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulandı. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*    *    *

İyulun 14-də Romada Azərbaycan-İtaliya sənədlərinin imzalanması mərasimi olmuşdur.

*    *    *

İyulun 14-də Romada İtaliya Respublikasının Baş naziri Matteo Renzinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə şam yeməyi verilmişdir.


*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində iyulun 15-də Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb. Romanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR