07 Yanvar 2025, Çərşənbə axşamı

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “1969-cu ilin 14 iyulu Azərbaycan xalqının həyatında dönüş tarixidir. Bu tarix, sadəcə, bir rəhbərin siyasi hakimiyyətə gəliş tarixi deyil, xalqımızın həyatında dönüş günüdür. Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməklə Azərbaycan keçmiş Sovetlər Birliyinin aqrar ölkəsindən inkişaf etmiş sənaye respublikasına çevrilmiş, xalqımızın rifahı yüksəldilmişdir”.
Ali Məclisin Sədri demişdir: “İstər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt Azərbaycana inkişaf, tərəqqi və sabitlik gətirmişdir. Ulu öndərin yolunun davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda sosial-iqtisadi inkişaf təmin edilmiş, dövlət-xalq birliyi yaranmışdır. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanan və öz mövqeyini daim möhkəmləndirən bir dövlətdir”.
“Sabitlik, dövlət-xalq birliyi və vətənpərvər insanların olması hər bir ölkənin inkişafında başlıca şərtdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün Azərbaycanın sürətli inkişafında bu üç amil əsas götürülür. Ümummilli liderimizin müəyyənləşdirdiyi yolun ölkə Prezidenti tərəfindən müasir tələblər nəzərə alınmaqla davam etdirilməsi Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmışdır. Ölkə vətəndaşlarının əməyi olmadan bu inkişafı təmin etmək mümkün deyil. Qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən, dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər insanların əməyi isə daim yüksək qiymətləndirilir, onlar ölkəmizin müxtəlif orden, medal və fəxri adları ilə təltif olunurlar. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə çalışaraq öz əməkləri ilə nümunə göstərən, ölkəmizin ümumi inkişafında fərqlənən insanlardır.
Ali Məclisin Sədri təltif olunanları ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 45-ci ildönümü və əməklərinin yüksək qiymətləndirilərək orden, medal və fəxri adla­ra layiq görüldüklərinə görə bir daha təb­rik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri medalların və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan İlkin Əsədov, Rəvayət İmanov, Məsum Səfərov, Vaqif Mahmudov, İlham Cəfərov, İbrahim Məmmədov, Bəhriyə Əliyeva, Kərəm Mustafayev, Əbülfəz Mahmudov, Cəlil Rüstəmov, Ramilə Seyidova, Şərafəddin Şükürov, Arif Rzayev və Əli Mahmudov əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edərək demişlər ki, əsası 1969-cu ildə qoyulan Heydər Əliyev siyasi xətti bu gün ölkəmizin, eləcə də muxtar respublikamızın kompleks inkişafına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurlu nailiyyətlər qazanılmaqdadır. Son illər abadlıq-quruculuq işləri geniş vüsət almış, sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur. Bu inkişafda payı olanların əməyinin yüksək qiymətləndirilməsi ikiqat qürur və şərəfdir.
Təltif olunanlar bundan sonra da ümummilli liderimizin siyasi xəttinə sadiq qalacaqlarına, doğma diyarımızın inkişafı və tərəqqisi yolunda səylə çalışacaqlarına söz vermişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR