07 Yanvar 2025, Çərşənbə axşamı

İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” beynəlxalq elmi konfransında iştirak etmək üçün muxtar respublikada səfərdə olan türkiyəli tarixçi-alim, professor İbrahim Ethem Atnur ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, İbrahim Ethem Atnurun Naxçıvanın muxtariyyət tarixinin araşdırılması sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmiş, alimin yazdığı kitabların Naxçıvanın 1918-1921-ci illər tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından dəyərli elmi mənbələr olduğunu diqqətə çatdırmışdır.

Ali Məclisin Sədri Naxçıvan tarixinin araşdırılması sahəsindəki səmərəli fəaliyyətinə görə İbrahim Ethem Atnura təşəkkür etmiş və onun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edildiyini bildirmişdir.
İbrahim Ethem Atnur muxtar respublikada bütün sahələrin, o cümlədən elmin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyünü bildirmişdir.

Alim Naxçıvan tarixinin araşdırılması sahəsindəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulamış, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd etmiş, əməyinin belə yüksək qiymətləndirilməsinə görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanını və vəsiqəsini İbrahim Ethem Atnura təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR