07 Yanvar 2025, Çərşənbə axşamı

Kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdən biri də emal müəssisələrinin yaradılmasıdır. Muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, yeni taxıl emalı müəssisələri və anbarlar tikilərək istifadəyə verilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, hazırda Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleks inşa olunur.

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksin layihəsinə baxmış, aparılan tikinti işləri ilə maraqlanmışdır.

Bildirilmişdir ki, hazırda ərazidə texnikaların saxlanılması üçün qaraj və anbar binalarının inşası aparılır. Burada toxum, qüvvəli yem və xammal anbarları istifadəyə veriləcəkdir. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlər toxumun keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir.

Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, həm də digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR