07 Yanvar 2025, Çərşənbə axşamı

Əkinçiliyin əsas qolu olan taxılçılığa muxtar respublikada mühüm əhəmiyyətli sahə kimi yanaşılır. Aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi və məhsuldar toxum sortlarından istifadə bu sahədə məhsul istehsalının dinamik artımını təmin etmişdir. Bu ilin məhsulu üçün muxtar respublikada 35,7 min hektarda taxıl əkini həyata keçirilmişdir.

Hazırda sahələrdə biçin aparılır.
İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat vermişdir ki, ötən il “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün ayrılan sahədə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilmiş, şoranlaşmanın qarşısı alınmış və yeni suvarma xətti çəkilmişdir. 400 hektarlıq ərazidə şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Quality” toxum sortu əkilmişdir. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 6 kombaynı cəlb olunmuşdur. Hazırda hektardan məhsuldarlıq orta hesabla 20 sentnerdir. Taxıl tədarükündə iştirak edən mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılmışdır.
Ərazidə yeni suvarma sistemlərinin qurulması nəticəsində əlavə torpaq sahələri əkin dövriyyəsinə qatılacaqdır. Bu da “Bərəkət” Toxumçuluq Təsərrüfatının əkin sahələrinin 2 min hektara qədər genişləndirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri ərazinin xəritələşdirilməsi, məhsuldar toxum sortlarının seçilərək rayonlaşdırılması və toxum satışının təşkil olunması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR