Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və peşə-ixtisas təhsilinin səmərəliliyini artırmaq məqsədilə qərara alıram:
1. Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 19 iyun 2014-cü il