07 Yanvar 2025, Çərşənbə axşamı

İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.
Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı, Azərbaycan ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini söylədi. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini qeyd etdi, həmin səfər zamanı aparılan danışıqların və fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından çox səmərəli olduğunu bildirdi.
Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı. O bildirdi ki, Azərbaycan ilə Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılmışdır.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staanı qəbul etmişdir.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR