Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin iyunun 2-də rəsmi qarşılanma mərasimi olmuşdur.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin təkbətək görüşü olmuşdur.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
İyunun 2-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter mətbuata bəyanatlarla çıxış etmişlər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi qəbul etmişdir.
AzərTAc