Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli 46-IV FR nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Şahmat idman növü üzrə xüsusi istedadı olan Naxçıvan şəhər Məmməd Cəfər Cəfərov adına 14 nömrəli tam orta məktəbin şagirdi Məmmədov Sadiq Teymur oğlunun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və o, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsün.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 30 may 2014-cü il