Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak etmişlər.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycanın Dövlət himni səsləndi.
Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi oldu.
Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın “İstiqlaliyyət” küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın 27-də ziyarət etmişdir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
AzərTAc