Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin yeni formatda keçiriləcək görüşünün önəmini vurğuladı və bu görüşün nəticələrinin uğurlu olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev xarici işlər nazirləri səviyyəsində keçirilən bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli bir format olduğunu vurğuladı.
Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ölkələrimizin təşəbbüsü ilə reallaşan Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini qeyd etdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alanı qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir.
AzərTAc