Mayın 21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Dördüncü Zirvə Toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını qarşıladı.
Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Dördüncü Zirvə Toplantısının birinci iclası keçirildi.
İclası açıq elan edən Çin Xalq Respublikasının Sədri Si Cinpin nümayəndə heyətlərinin başçılarını salamladı. O, Zirvə Toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.
Şanxay Zirvə Toplantısında Bəyannamə qəbul edildi.
Bəyannamədə Azərbaycan üçün önəmli olan müddəalar əksini tapmışdır.
AzərTAc