07 Yanvar 2025, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gəlmişdir.

*    *    *

Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

*    *    *

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olmuşdur.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*    *    *

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

*    *    *

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olmuşdur.

*    *    *

Mayın 19-da Hanoyda sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış etmişlər.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR