07 Yanvar 2025, Çərşənbə axşamı

Mayın 19-da Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və birləşmələrinə 11 ədəd “Mitsubishi L-200”, 2 ədəd “FİAT” markalı xidməti avtomobil, 2 ədəd “Ford” markalı səyyari tibbi yardım və 1 ədəd rentgen flüoqrafiya avtomobilləri verilmişdir.

Yeni xidməti avtomobillərin açarları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov avtomobillərə baxmışlar.
Bildirilmişdir ki, yüksək texniki göstəricilərə malik olan “Mitsubishi L-200” markalı avtomobillər muxtar respublikanın relyefinə uyğun olaraq istənilən fəsildə xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcəkdir. “Ford” markalı səyyari tibbi avtomobillərdə stomatoloji və cərrahi avadanlıqlar dəsti quraşdırılmışdır. Bu da birləşmə və bölmələrdə şəxsi heyətin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsinə şərait yaradacaqdır. Səyyari rentgen flüoqrafiya maşını da yüksək texniki göstəricilərə malikdir.
Ali Məclisin Sədri yeni xidməti avtomobillərdən təyinatı üzrə səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR