Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).
2. “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin strukturu” təsdiq edilsin (Əlavə 2).
3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi aparatının işçilərinin say həddi 88 ştat vahidi, Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilsin.
4. “Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 17 may tarixli 68-III FR nömrəli Fərmanı və “Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin və nazirliyin strukturunun təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 31 mart tarixli 13-IV FR nömrəli Fərmanı ləğv edilsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 14 may 2014-cü il