07 Yanvar 2025, Çərşənbə axşamı

Fervalın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, son illər muxtar respublikada mövcud su potensialından səmərəli istifadə nəticəsində yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmış, ərazilərin su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Hər il hidrotexniki qurğularda təmir-bərpa işləri aparılır, yeni su xətləri çəkilir. Hazırda Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Yenikənd və Böyükdüz kənd­lərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan 720 millimetrlik qoşa boru xətləri çəkilir.
Boru xətlərinin ümumi uzunluğu 32,4 kilometr olacaqdır. Bu günə qədər 5,6 kilometr məsafədə boru xətlərinin çəkilişi başa çatdırılmışdır. Boru xətlərinin çəkilişindən sonra Kəngərli rayonu ərazisində yeni nasos stansiyası da tikiləcək, su sərfi saatda 1200 kubmetr olan 3 ədəd aqreqat quraşdırılacaqdır. Eyni zamanda nasos stansiyasından 8,7 kilometr uzunluğunda təzyiqli boru xətti çəkiləcək və tutumu 250 kubmetr olan suqəbuledici inşa ediləcəkdir.  
Layihəyə uyğun olaraq, ərazidə 15 kilometr paylayıcı boru xətlərinin, o cümlədən 120 kilometr uzunluğunda torpaq kanal və arxların çəkilməsi də nəzərdə tutulmuşdur. Bu işlər həyata keçirildikdən sonra Kəngərli rayonunda 4 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq və əkin sahələrində suvarma tədbirləri daha da yaxşılaşdırılacaqdır.
Ali Məclisin Sədri layihəyə uyğun olaraq, tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, əkin dövriyyəsinə daxil edilən torpaq sahələrinin xəritələşdirilərək payızlıq taxıl əkininə hazırlanması barədə aidiyyəti orqanlara tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR