07 Yanvar 2025, Çərşənbə axşamı

Muxtar respublikada yeni hidrotexniki qurğuların tikilməsi və mövcud olanlarda yenidənqurma işlərinin aparılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Uzun­oba Su Anbarında da yenidənqurma işləri aparılır.

Fevralın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarına gəlmiş, görülən işlərlə tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, ötən əsrin 60-cı illərindən istismar olunan su anbarında 2013-cü ilin oktyabr ayından başlayaraq yenidənqurma işləri aparılır. Su anbarının bəndinin uzunluğu 1868 metr, hündürlüyü isə 17,7 metrdir. Bu günə qədər 12 min kvadratmetr sahədə betonlama işləri aparılmışdır. Ümumi tutumu 8 milyon kubmetr olacaq su anbarında suburaxıcı qapılar da yenidən qurulacaq, drenaj sularını yığmaq üçün 1530 metr uzunluğunda qapalı xətt çəkiləcək, bəndin üzərində işıqlandırma sistemləri quraşdırılacaqdır.
Həyata keçirilən tədbirlər su anbarının istismar müddətini artırmaqla yanaşı, ərazidə şoranlaşmanın qarşısını alacaq və yeni torpaq sahələri əkin dövriyyəsinə daxil ediləcəkdir. Bununla yanaşı, Uzunoba Su Anbarında istirahət guşələri və çimərlik istifadəyə veriləcək, su idman oyunları ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaqdır.
Ali Məclisin Sədri işlərin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR