Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgidə çıxış etdi.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış etdilər.
Konfrans-sərgiyə yekun vuran Prezident İlham Əliyev ötən 10 ildə qarşıya qoyulan vəzifələrin hamısının tamamilə icra edildiyini deyərək əminliklə vurğuladı ki, qəbul ediləcək üçüncü Dövlət proqramı ölkənin inkişafına yeni töhfələr verəcəkdir.
AzərTAc