07 Yanvar 2025, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

*      *      *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bu yaxınlarda Davosda Niderlandın Baş naziri Mark Rutte ilə görüşünü və söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələr apardığını məmnunluqla xatırladı. Dövlətimizin başçısı Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Niderland Krallığının xarici işlər naziri Frans Timmermans ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu dedi. Frans Timmermans əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, təhsil, birgə layihələr və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR