07 Yanvar 2025, Çərşənbə axşamı

2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilən dördüncü çağırış səkkizinci sessiyasında 2014-cü il muxtar respublikada muxtariyyət ili elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən, muxtar respublikanın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaqdır.
Azərbaycanın dövlətçilik tarixində mühüm rolu olan Naxçıvan şəhəri muxtar respublika yarandığı gündən onun paytaxtına çevrilmiş, ötən 90 il ərzində xeyli inkişaf etmiş, burada ən müasir şəhər infrastrukturu formalaşmışdır. Xüsusilə Azərbaycan müstəqillik qazandıqdan sonrakı illər ərzində həyata keçirilən islahatlar nəticəsində Naxçıvan şəhərində yeni iş yerləri və müəssisələr yaradılmış, kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti artırılmış, şəhər əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsinə nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafını təmin etmək məqsədi ilə qərara alıram:
“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 yanvar  2014-cü il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR