Yanvarın 23-də Davosda “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbul keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşmüşdür.
Loran Fabius Fransa Prezidenti Fransua Ollandın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirildi, qarşılıqlı sərmayələrin əhəmiyyətindən danışıldı. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Fransua Ollandın salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.
AzərTAc