Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şaker Kargarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işinə verdiyi töhfəyə görə səfir Şaker Kargara təşəkkürünü bildirdi. Prezident İlham Əliyev səfiri öz ölkəsinin ticarət və sənaye naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sənaye və digər sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu.
* * *
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilmişdir.
AzərTAc