07 Yanvar 2025, Çərşənbə axşamı

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İslam dininin banisi həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü bizim böyük bayramımızdır”.
Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövlud günü islamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir.
Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki “Came” məscidinə gəlmiş, həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.

İnsanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynamış, Azərbaycanda islami dəyərlərin qorunub yaşadılmasına xüsusi diqqət yetirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir.

İslamın digər bayramları kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, ölkəmizə əmin-amanlıq, inkişaf və tərəqqi arzulanmışdır.
Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövlud günü münasibətilə tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR