05 Yanvar 2025, Bazar

Muxtar respublikanın şəhər və rayon mərkəzlərində olduğu kimi, kəndlərdə də müasir təhsil infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsi kimi, Şərur rayonunun Gümüşlü kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılmışdır.

Dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gümüşlü kənd tam orta məktəbinə gəlmiş, yenidənqurmadan sonra yaradılan şərait və tədrisin vəziyyəti ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, məktəb binasında bu il yenidənqurma işləri aparılmış, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün lazımi şərait yaradılmışdır. 132 şagird yerlik məktəbdə 11 sinif otağı, kimya-biologiya   və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.
Hazırda məktəbdə 72 şagird təhsil alır. 2012-2013-cü tədris ilində məktəbi bitirən məzunlardan 3-ü ali məktəblərə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Ali məktəblərə qəbulda 1 nəfər 500-700 intervalında bal toplamışdır.
Məktəbin kitabxana fondunda 2105 latın qrafikalı dərslik və 1840 bədii ədəbiyyat olmaqla, 3945 kitab vardır.
Kimya-biologiya və hərbi kabinələrdə müvafiq fənlərin tədrisi üçün lazımi şərait yaradılmış, sınaq-təcrübə cihazları qoyulmuş, məlumat stendləri asılmışdır. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına da diqqət yetirilmiş, kompüter otağı və elektron lövhəli siniflər yaradılmışdır.
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri yaradılan şəraitin təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcəyini bildirmiş, intellektli və vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində onlara uğurlar arzulamışdır.
Müəllim Şəbnəm Cəfərova bildirmişdir ki, muxtar respublikada aparılan quruculuq işlərindən Gümüşlü kəndinə də pay düşmüş, kənd məktəbinin binasında yenidənqurma işləri aparılmışdır. Bu isə tədrisin daha yaxşı təşkilinə, hərtərəfli biliyə malik gənclərin yetişdirilməsinə imkan verəcəkdir. Məktəbin müəllimi yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR