22 May 2024, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yataqxana binası barədə məlumat verildi.

Bildirildi ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binada mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR