05 Yanvar 2025, Bazar

Muxtar respublikada müasir xidmət növlərinin yaradılması, dövlət idarələrində vətəndaşlara göstərilən texniki xidmətlərin müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Vətəndaşların biometrik pasportlarının hazırlanması da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsində ilk biometrik pasportun təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Bildirilmişdir ki, şöbədə biometrik pasportların verilməsi üçün lazımi şərait yaradılmış, müasir avadanlıqlar quraşdırılmışdır. Biometrik pasportların işlənməsi və çapı qısa zamanda həyata keçirilir. Mövcud texniki şərait gün ərzində 150-180 nəfərə biometrik pasportların hazırlanıb verilməsi imkanı yaradır.
Muxtar respublikada ilk biometrik pasport Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova təqdim edilmişdir. Bununla da, muxtar respublikada yeni nəsil biometrik pasportların verilməsinə başlanılmışdır.
Sonra Ali Məclisin Sədri ali məktəblərə qəbul olunmuş 5 tələbəyə biometrik pasportlarını təqdim etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Tələbələr muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR