05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillonun etimadnaməsini qəbul etmişdir.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edərək tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğuladı. İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın ölkəmizə tarixi səfərini və səfər zamanı aparılan müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından bu səfərin önəmini qeyd etdi.
Səfir Ciampaolo Kutillo Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Belçika Krallığının ölkəmizdəki səfiri xanım Karen Petitin,Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın, Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsenin etimadnamələrini qəbul etmişdir.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR