05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə Binəqədi rayonundakı 135 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.
Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, 1970-ci ildə istifadəyə verilən məktəbdə dövlət proqramına uyğun olaraq, əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Məktəbin elektrik və kommunikasiya xətləri yeniləri ilə əvəz olunmuş, müasir istilik sistemi quraşdırılmışdır. 1020 şagird yerlik məktəbin bütün sinif otaqları, idman və iclas zalları, yeməkxanası tam təmir olunmuş, həyətdəki açıq idman meydançası əsaslı şəkildə yenidən qurulmuşdur. Məktəbdə dərslər bir növbədə aparılacaqdır.
Sonra Prezident İlham Əliyev 248 nömrəli orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu. Burada görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Məktəbin 1969-cu ildə istifadəyə verildiyi qeyd olundu. Bildirildi ki, 1020 şagird yerlik bu orta məktəbin 41 sinif otağı vardır. Dərslər bir növbədə keçirilir. Bütün sinif otaqları, fənn kabinetləri, idman və iclas zalları yüksək standartlar səviyyəsində təmir edilmişdir. Məktəbin işıq və istilik sistemi ən müasir tələblər səviyyəsindədir.
Dövlətimizin başçısı sinif otaqlarına, ayrı-ayrı fənn kabinetlərinə baxdı, idman və iclas zallarında yaradılan şəraitlə yaxından tanış oldu.
Məktəbin həyətindəki açıq idman meydançası da yenidən qurulmuşdur. Bu təhsil ocağının ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR