05 Yanvar 2025, Bazar

Avqustun 17-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə 2 ədəd “BMW”, Xüsusi Təyinatlı Əməliyyat Taqımına 2 ədəd “Ford”, Naxçıvan Şəhər Polis İdarəsinə isə 1 ədəd “Hundai iX-35” və 1 ədəd “Chevrolet” markalı xidməti avtomobillər verilmişdir.

Yeni xidməti avtomobillərin açarları təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avtomobillərə baxmışlar.

Məlumat verilmişdir ki, avtomobillər yüksək texniki göstəricilərə malikdir. Qənaətcilliyi və yüksək manevr qabiliyyəti ilə seçilən bu xidməti maşınlarda rabitə sistemləri, səsgücləndiricilər və xəbərdarlıq işıqları quraşdırılmışdır. Yeni xidməti avtomobillər nazirliyin müvafiq qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, yollarda hərəkətin təhlükəsizliyinə, eləcə də ictimai asayişin qorunmasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR