05 Yanvar 2025, Bazar

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Arpaçay Su Elektrik Stansiyasına baxmışdır.
Bildirilmişdir ki, tikinti işlərinə 2011-ci ildən başlanılmış, ərazidə yeni stansiya binası inşa olunmuş, elektrik yarımstansiyası qurulmuş, istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi məqsədilə 14 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Arpaçay Su Anbarından stansiyaya qədər olan tunelin uzunluğu 1100 metrdir. Su anbarından tunelə suyun ötürülməsi məqsədilə suötürücü dəmir-beton qurğu inşa edilmişdir. Stansiyada 3 turbin və 3 generator quraşdırılmışdır.
Stansiyanın texnoloji avadanlıqları kompüterlərlə idarə olunacaq, emal prosesi avtomatlaşdırılmış şəkildə həyata keçiriləcəkdir. Bu məqsədlə binada ayrıca idarəetmə mərkəzi yaradılmışdır. Elektrik stansiyasının gücü 20,5 meqavat, illik istehsalı isə 60 milyon kilovat-saatdır. Hazırda elektrik stansiyası 11 meqavat güc ilə sınaq rejimində işləyir.
Ərazidə geniş abadlıq işləri də aparılmış, su elektrik stansiyasına müasir avtomobil yolu çəkilmişdir.
Ali Məclisin Sədri son tamamlama işləri ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR