05 Yanvar 2025, Bazar

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağının açılışında iştirak etmişdir.
Bildirildi ki, yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Burada həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərəcəkdir. Dayanacaq üçmərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Mərtəbələrdən ikisi avtomobil dayanacağı, biri isə texniki mərtəbədir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilmişdir. Təhlükəsizliyin və nəzarətin tam təmin edilməsi məqsədilə dayanacaqda 270-ə yaxın kamera qoyulmuşdur. Burada 5 giriş-çıxış mövcuddur. Şəmsi Bədəlbəyli küçəsi yeraltı dayanacağın üzərindən keçdiyindən bu hissə körpü prinsipi ilə inşa edilmişdir.
Prezident İlham Əliyev yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksini gəzdi.
Məlumat verildi ki, yeraltı avtodayanacaqda 14 lift quraşdırılmışdır. Parkın ətrafında 7 yeraltı keçid inşa edilmiş və 24 eskalatorla təchiz olunmuşdur. Beləliklə, 7 hektar sahəsi olan bu kompleks indi paytaxt sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilmişdir.

*    *    *

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zığ dairəsi – Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak etmişdir.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR