05 Yanvar 2025, Bazar

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bibiheybət qəsəbəsindəki tikinti-quraşdırma sahəsində “Çıraq” neft layihəsinin bir hissəsi kimi inşa edilmiş “Qərbi Çıraq” platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, 2010-cu ilin martında “Çıraq” neft layihəsi üzrə 6 milyard dollar dəyərində işlənmə planına başlanılması ilə yeni, eyni zamanda böyük investisiya layihəsinin ölkəmizin neft tarixinə daxil olmasına yol açıldı. “Qərbi Çıraq” adlanan bu layihə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa yardım edəcəkdir.
Qeyd edildi ki, “Qərbi Çıraq” bp şirkətinin “Azəri-Çıraq-Günəşli” operatoru qismində inşa və istismar etdiyi dünya səviyyəli səkkizinci dəniz platformasıdır. Platformanın layihə gücü gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz təşkil edir. Lakin platforma gündəlik 8 milyon kubmetr qaz ixrac edə bilər. Onun gün ərzində təqribən 2,3 milyon kubmetr qazlift təmin etmək gücü vardır.
Dövlətimizin başçısı “Qərbi Çıraq” platformasının tikintisi və onun dayaq modullarının dənizdə quraşdırılmasından bəhs edən filmə baxdı.
Diqqətə çatdırıldı ki, “Qərbi Çıraq” platforması üçün dayaq bloku artıq bu ilin aprelində dənizdə quraşdırılmışdır. Xəzər regionunda indiyədək inşa edilmiş ən ağır “Qərbi Çıraq” dayaq blokunun ümumi çəkisi 18 min 200 ton, hündürlüyü 185 metrdir.
Sonra Prezident İlham Əliyev “Qərbi Çıraq” platformasının alt və üst göyərtələrini gəzərək qazma modullarına, elektrik generatorlarına və digər bölmələrə baxdı.
Bildirildi ki, platformanın üst modullarının tikintisinə 2010-cu ilin iyulunda başlanmışdır. Hazırda isə qurğu tam hazırdır və dənizə yola salınmazdan əvvəl son istismar sınaqları aparılır. Platforma 18 min 500 ton çəkiyə malik olmaqla indiyədək Xəzər dənizinə buraxılmış ən ağır konstruksiya olacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev platformanın tikintisində çalışan mütəxəssislərlə görüşdü.
Sonra xatirə şəkli çəkdirildi.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR