Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mersi Tembon qeyd edib ki, artıq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində Dünya Bankı ekspertləri ilə ölkəmizin müvafiq strukturları arasında layihələrin hazırlanmasına başlanılıb.
Dövlətimizin başçısı əlaqələrimizin yeni səviyyəyə yüksəldiyini və qarşıdakı illərdə institusional islahatlar, iş yerlərinin yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması kimi istiqamətlərdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC