05 Yanvar 2025, Bazar

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir.
Əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı.
Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü. Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Jurnalistlərə mənzil verilməsi təcrübəsinin ilk dəfə Azərbaycanda tətbiq edildyini deyən Prezident İlham Əliyev burada gələcəkdə gözəl kompleksin yaradılacağını, bu ərazidə yeni infrastruktur layihələrinin reallaşdırılacağını, ətrafın abadlaşdırılacağını söylədi. Mənzil alan jurnalistlər arasında müxtəlif siyasi baxışlara malik insanların olduğunu vurğulayan dövlətimizin başçısı dedi ki, bu bir daha göstərir ki, ölkəmizdə ayrı-seçkiliyə yol verilmir.
Cəmiyyətin inkişafında jurnalistlərin rolunun böyük olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizdə azad jurnalistikanın fəaliyyət göstərdiyini bildirdi. Dövlətimizin başçısı demokratik cəmiyyətin inkişafında azad jurnalistikanın rolundan danışdı.
Sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi.
Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak etdi. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaqdır. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcəkdir. Bina bütün zəruri infrastrukturla təmin ediləcəkdir.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR