Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.
Dövlətimizin başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.
Sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəlib, alıcılar və satıcılar ilə söhbət edib.
Dövlətimizin başçısı Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısı Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşüb.
Prezident İlham Əliyev Bakıxanov dayanacağında yaradılan şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısı Keşlə dayanacağında yaradılan şəraitlə də tanış olub.
Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağzalında başa çatıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.
AZƏRTAC